Qida və Kənd Təsərrüfatı İşçi Qrupu

Komitənin əsas məqsədi qida və kənd təsərrüfatı sektorun dayanıqlı və rəqabətqabiliyyətli inkişafını dəstəkləmək, biznes və dövlət arasında sistemli dialoqu gücləndirmək, eləcə də sektor üzrə praktiki təşəbbüslərin formalaşdırılmasına töhfə verməkdir. Komitənin fəaliyyət istiqamətləri biznes və tənzimləyici mühitin təhlili, dövlət-özəl sektor dialoqunun inkişafı, aqrar innovasiyalar və “Agriculture 4.0” texnologiyalarının təşviqi, maliyyə və sığorta imkanlarına çıxışın genişləndirilməsi, ixrac potensialının və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi, eləcə də dayanıqlı kənd təsərrüfatı və ESG yanaşmalarının təşviqini əhatə edir.

Komitə rəhbərliyi

Rəhbər

Elkhan Mikayilov

ASR Development Consulting Group LLC