McDonald's Azərbaycanın İnsan Resursları üzrə Baş Direktoru Anar Bayramov Prezident Mükafatına layiq görülüb!

McDonald’s Azərbaycan şirkətinin İnsan Resursları üzrə Baş Direktoru Anar Bayramov şirkətin ən nüfuzlu mükafatı – Prezident Mükafatı ilə təltif olunub.

Prezident Mükafatı McDonald’s şirkətinin qlobal miqyasda ən yaxşı 1% əməkdaşının görkəmli nailiyyətlərini qeyd edir. Bu mükafat, hər gün McDonald’s dəyərlərini yaşadan, ətrafındakı insanları ruhlandıraraq qeyri-adi nəticələr əldə etməyə sövq edən yüksək nəticə göstərən fərdlərə verilir.

Anar Bayramov McDonald’s Azərbaycandakı fəaliyyətinə 23 ildən artıqdır ki, həsr edib. Karyerasına sıravi əməkdaş kimi başlayan Anar bəy hazırda İnsan Resursları üzrə Baş Direktor vəzifəsini icra edir. Hazırda o, şirkət daxilində İnsan Resursları, Əməliyyatlar, Təlim, Uyğunluq və Hökumətlə Əlaqələr sahələrinə rəhbərlik edir.

AmCham Azərbaycan olaraq Anar Bayramovu bu əlamətdar nailiyyəti münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Tarix
28 Avqust 2025