AZƏRBAYCAN RESPUBLİKASI VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR

Məlum olduğu kimi 2022-ci il üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin layihəsi Milli Məclisdə ikinci oxunuşda müzakirə edilmişdir və bu barədə qısa icmal-məlumatı sizlərə təqdim etmişik.

Vergi Məcəlləsinin üçüncü oxunuş üçün təklif edilən layihəsi üzrə əsas diqqətçəkən məqamları nəzərinizə çatdırırıq:

  1. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 16.1.11-11-ci maddəyə əsasən vergi ödəyiciləri tərəfindən (neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla) idxal ediləcək mallar üzrə aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək qeydiyyatda olduğu vergi orqanına vermək tələb olunur:
  • mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;
  • mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.

 Qeyd edək ki, ikinci oxunuşda müzakirə edilən layihədə əlavə olaraq, mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatların da vergi orqanına verilməsi tələb olunurdu

  1. İkinci oxunuşda müzakirə edilən layihədə Kameral vergi yoxlamasının mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 90 iş günü müddətində keçirilməsi nəzərdə tulurdusa, yeni layihədə bu müddət 60 günə endirilmişdir.
  1. İkinci oxunuşda müzakirə edilən layihədə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulması təklif olunurdusa, yeni layihədə əvvəlki 2% dərəcə olduğu kimi saxlanılmışdır.
  1. İkinci oxunuşda müzakirə edilən layihədə xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün fiziki şəxslərə edilən maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40000 manatadək olan hissəsinin vergidən azad olunması nəzərdə tulurdusa, yeni layihədə bu məbləğ 50000 manata qaldırılmışdır.

Həmçinin, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsinin vergidən azad olunması nəzərdə tutulur.

Qeyd edək ki, ikinci oxunuşda müzakirə edilən layihədə bu məbləğ 10000 manat həddində təklif olunmuşdu.

  1. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 102.1.25-1-ci maddəyə əsasən Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad olunur.

Qeyd edək ki, ikinci oxunuşda müzakirə edilən layihədə bu azadolma yalnız Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərə aid edilirdi.

  1. İkinci oxunuşda müzakirə edilən layihədə 2022-ci il yanvarın 1-dən 2 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması nəzərdə tutulurdusa, yeni layihədə bu müddət 3 il olaraq nəzərdə tutulmuşdur.
  1. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 164.1.41-2-ci maddəyə əsasən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının yalnız idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulurdusa, yeni layihədə həmin malların satışının da qeyd olunan müddətdə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
  1. Yeni layihəyə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində göstərilən şəxslər vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərini eyni zamanda ödədikdən sonra onlara müvafiq olaraq, “Fərqlənmə nişanı” və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” veriləcək.

 

Tarix
14 Dekabr 2021
Uyğun xəbərlər
29 Dekabr 2019

Company (LLC) registration in Azerbaijan (Innovation in registration of an LLC)

As EKVITA, we provide services in multiple areas of law (corporate, labor, migration, tax, litigation, etc.), as well as accounting, audit, business development and accompany our clients starting from early stages of their businesses. In this regard, putting it simply, I would like to speak about “opening the company”. That is, what is the most appropriate organizational form for starting a business in Azerbaijan, its advantages, necessary procedures in the registration process and etc. As you know, there are several organizational forms for the establishment of a company in the legislation. However, today I would like to tell you about the Limited Liability Company (LLC), which is the most acceptable and simple one among the rest in terms of procedural and legal requirements. If we refer to the definition of LLC – a limited liability company means company established by one or more persons (natural persons and (or) legal entity), the charter capital of which is divided into shares, the sizes of which are specified by the charter. As can be seen from mentioned definition, the legislation does not set limits regarding the number of founders of the LLC. In other words, the founder can be one or more persons, including a foreign citizen. It should be noted that in the case of foreign citizens, the legislative or documentation requirements are the same as for Azerbaijani citizens, i.e. there are no additional or special requirements. Another benefit of the LLC is the absence of any restrictions regarding its charter capital in the legislation. In other words, there is no minimum or maximum limit, the charter capital may be settled in any amount. Therefore, in many cases, when establishing the LLC, the charter capital is formed in the amount of 10-100 manats. It also should be noted that the registration process of the LLC is notable for its simplicity, and it would be appropriate to emphasize the innovative policy pursued by the Ministry of Taxes in this sphere. Thanks to it, Azerbaijan has established itself in 9th place in terms of the “Starting a Business” indicator among 190 countries this year, according to the annual Doing Business Report of the World Bank.Powered by Froala Editor

24 Yanvar 2020

EKVITA Qanuni Dəyişikliklər

Legal Act: Order on the implementation of renewable energy pilot projectsLegal Act: Law on the procedure for using the right of legislative initiative by citizens of the Azerbaijan RepublicLegal Act: Law on n minimum living wage in the Republic of Azerbaijan for 2020Legal Act: Law on the limit of the demand criteria in the Republic of Azerbaijan for 2020Legal Act: Decree on amendments to the Decree of the President of the Republic of Azerbaijan On ensuring the activities of the Agency for the development of small and medium-sized businesses of the Republic of AzerbaijanLegal Act: Law on amendments to the Law on Courts and JudgesLegal Act: Law on amendments to the Code of Administrative OffensesLegal Act: Law on amendments to the Tax CodeLegal Act: Law on amendments to the Law on State Forensic Examination ActivitiesLegal Act: Law on amendments to the Law on Health InsurancePowered by Froala Editor

28 Yanvar 2021

EKVITA Dekabr Qanuni Dəyişikliklər

Legal Act: Law on Amendments to the Law on Deposit InsuranceLegal Act: Law on Amendments to the Law on Full Deposit InsuranceLegal Act: Decree on Amendments to the Procedure for the Formation, Management and Use of the Fund to Support the Fight Against CoronavirusLegal Act: Law on Amendments to the Code of Administrative OffensesLegal Act: Law on Amendments to the Law on MediationLegal Act: Order on measures for the implementation of a pilot project for the construction of a wind farm with a capacity of 240 MWLegal Act: Law on the subsistence minimum in the Republic of Azerbaijan for 2021Legal Act: Law on Amendments to the Law on Environmental ProtectionLegal Act: Law on Amendments to the Labor CodePowered by Froala Editor