Qanunvericilikdə baş vermiş dəyişikliklər

Hazırkı buraxılışda biz qanunvericilikdə baş vermiş dəyişikliklərin icmalını diqqətinizə çatdırmaq istərdik. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, yalnız nağdsız qaydada həyata keçirilməli olan yeni ödənişlər, xarici şirkətlərə münasibətdə dövlət satınalma zamanı yeni tələb, minimum aylıq əməkhaqqının məbləği artırılıb, xüsusi karantin rejimdə dəyişikliklər, Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda edilmiş dəyişikliklər burada əhatə olunub.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər

29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun dərc edilib. Vergi Məcəlləsinə edilmiş əsas dəyişkliklər bu məktuba əlavə olunmuş təqdimatda əks olunub. Diqqətinizə çatdırmaq istəyirik ki, əksər dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minir, digərləri isə təqdimatda qeyd olunan tarixlərdə.

 

“Nağdsız hesablaşmalar haqqında” Qanununda edilmiş dəyişikliklər

29 dekabr 2021-ci il tarixində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanun (bundan sonra “Dəyişiklik” adlandırılacaq) dərc edilib.

Dəyişiklik yalnız nağdsız qaydada həyata keçirilməli olan yeni ödənişləri müəyyən edib. Qeyd edilmiş nağdsız hesablaşmalı olan əməliyyatları təqdim edirik:

  • pərakəndə satış qaydasında (avtomobillər istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4,000 manatdan artıq olan ödənişlər;
  • tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500.00 manatdan artıq olan ödənişlər;
  • ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
  • lotereyalar və idman mərc oyunları üzrə ümumi məbləği 3,000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Dəyişiklik 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əlavə edilmiş fayllarda ətraflı tanış ola bilərsiniz. 

Qanunvericilikdə baş vermiş dəyişikliklər

Hazırkı buraxılışda biz qanunvericilikdə baş vermiş dəyişikliklərin icmalını diqqətinizə çatdırmaq istərdik. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, yalnız nağdsız qaydada həyata keçirilməli olan yeni ödənişlər, xarici şirkətlərə münasibətdə dövlət satınalma zamanı yeni tələb, minimum aylıq əməkhaqqının məbləği artırılıb, xüsusi karantin rejimdə dəyişikliklər, Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda edilmiş dəyişikliklər burada əhatə olunub.Vergi Məcəlləsinə edilmiş dəyişikliklər29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun dərc edilib. Vergi Məcəlləsinə edilmiş əsas dəyişkliklər bu məktuba əlavə olunmuş təqdimatda əks olunub. Diqqətinizə çatdırmaq istəyirik ki, əksər dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minir, digərləri isə təqdimatda qeyd olunan tarixlərdə. “Nağdsız hesablaşmalar haqqında” Qanununda edilmiş dəyişikliklər29 dekabr 2021-ci il tarixində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanun (bundan sonra “Dəyişiklik” adlandırılacaq) dərc edilib.Dəyişiklik yalnız nağdsız qaydada həyata keçirilməli olan yeni ödənişləri müəyyən edib. Qeyd edilmiş nağdsız hesablaşmalı olan əməliyyatları təqdim edirik:pərakəndə satış qaydasında (avtomobillər istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4,000 manatdan artıq olan ödənişlər;tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500.00 manatdan artıq olan ödənişlər;ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;lotereyalar və idman mərc oyunları üzrə ümumi məbləği 3,000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).Dəyişiklik 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Əlavə edilmiş fayllarda ətraflı tanış ola bilərsiniz. 

Tarix
11 Yanvar 2022
Uyğun xəbərlər