Qanunvericilikdə baş vermiş dəyişikliklər

Hazırkı buraxılışda biz qanunvericilikdə baş vermiş dəyişikliklərin icmalını diqqətinizə çatdırmaq istərdik.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb 

9 fevral 2022-ci il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanun (bundan sonra “Dəyişiklik” adlandırılacaq) dərc edilib. Dəyişikliyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb.  

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarına edilmiş dəyişikliklər

27 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 21 nömrəli Qərarı ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarına əlavə və dəyişikliklər (bundan sonra uyğun olaraq, “Dəyişiklik” adlandırılacaq) qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər

27 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (bundan sonra “Məcəllə” adlandırılacaq) dəyişikliklər edilməsi haqqında qanun (bundan sonra “Dəyişiklik” adlandırılacaq) dərc edilib. Onlar inzibati cərimənin şərti qaydada tətbiq edilməsinə dair dəyişiklikləri, əzamiyyə xərclərinin və müavinətlərin hesablanması və ödənilməsi zamanı yol verilmiş pozuntular üçün inzibati məsuliyyəti, Əmək qanunvericiliyinin pozulması ilə əlaqədar inzibati xətaları əhatə edir.

Əlavə edilmiş faylda ətraflı tanış ola bilərsiniz.

Qanunvericilikdə baş vermiş dəyişikliklər

Hazırkı buraxılışda biz qanunvericilikdə baş vermiş dəyişikliklərin icmalını diqqətinizə çatdırmaq istərdik.Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb 9 fevral 2022-ci il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanun (bundan sonra “Dəyişiklik” adlandırılacaq) dərc edilib. Dəyişikliyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb.  Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarına edilmiş dəyişikliklər27 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 21 nömrəli Qərarı ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarına əlavə və dəyişikliklər (bundan sonra uyğun olaraq, “Dəyişiklik” adlandırılacaq) qəbul edilib.İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər27 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (bundan sonra “Məcəllə” adlandırılacaq) dəyişikliklər edilməsi haqqında qanun (bundan sonra “Dəyişiklik” adlandırılacaq) dərc edilib. Onlar inzibati cərimənin şərti qaydada tətbiq edilməsinə dair dəyişiklikləri, əzamiyyə xərclərinin və müavinətlərin hesablanması və ödənilməsi zamanı yol verilmiş pozuntular üçün inzibati məsuliyyəti, Əmək qanunvericiliyinin pozulması ilə əlaqədar inzibati xətaları əhatə edir.Əlavə edilmiş faylda ətraflı tanış ola bilərsiniz.

Tarix
11 Fevral 2022
Uyğun xəbərlər