Qanunvericilikdə baş vermiş dəyişikliklər, 11 aprel 2022-ci il

Əhalinin kütləvi toplaşdığı xidmət və ticarət obyektlərində yoxlamalar aparılacaq

11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam (bundan sonra, “Sərəncam”) qəbul edilib.

Sərəncama əsasən, aşağıda siyahısı qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiyatexniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar həyata keçiriləcəkdir:

  1. insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;
  2. mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;
  3. tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);
  4. əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).

Yoxlamalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının, “Azəriqaz” İB və “Azərişıq” ASC-nin nümayəndələri ilə birlikdə təşkil ediləcəkdir.

Qanunvericilikdə baş vermiş dəyişikliklər, 11 aprel 2022-ci il

Əhalinin kütləvi toplaşdığı xidmət və ticarət obyektlərində yoxlamalar aparılacaq11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam (bundan sonra, “Sərəncam”) qəbul edilib.Sərəncama əsasən, aşağıda siyahısı qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar həyata keçiriləcəkdir:insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).Yoxlamalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının, “Azəriqaz” İB və “Azərişıq” ASC-nin nümayəndələri ilə birlikdə təşkil ediləcəkdir.

Tarix
15 Aprel 2022
Uyğun xəbərlər