Bakı Su İnnovasiya Forumu

Nəzərinizə çatdırmaq istərdim ki, şirkətimizin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Su İnnovasiya Forumu” (Water Innovation Forum Baku) keçiriləcəkdir. Forum ölkəmizdə içməli və çirkab (tullantı) sularda müasir (smart) və səmərəli həllərin təşviq edilməsi, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan qabaqcıl və mütərəqqi texnologiyaların, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi, müvafiq sahə üzrə dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində yaradılmış müzakirə platforması olacaqdır.

17 may 2022-ci il tarixində Bakı şəhərində, “Baku Marriott Hotel Boulevard”da “AquaLink” MMC-nin təşkilatçılığı, “Nijhuis Saur Industries”, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək “Bakı Su İnnovasiya Forumu”nda 300-dən çox yerli və xarici şirkət nümayəndələrinin, o cümlədən aidiyyəti dövlət qurumları və şirkətlərinin iştirakı nəzərdə tutulmuşdur.

Tədbirdə ilk panel “Suyun idarəedilməsi, səmərəli həllər və mütərəqqi texnologiyalar”, ikinci panel“Çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri” üçüncü panel isə “Suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları” mövzularına həsr ediləcəkdir. Panellərdə yerli və xairici mütəxəssislərlə yanaşı aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılacaqdır.

Forumda iştirak ödənişsiz və limitli olduğu üçün www.wifbaku.az linki vasitəsi ilə qeydiyyatdan keçmək vacibdir.

Tarix
4 May 2022
Uyğun xəbərlər
23 May 2023

II Xəzər Su İnnovasiya Forumu

Hörmətli AMCHAM üzvü!30 may 2023-cü il tarixində Baku Marriott Boulevard Hotelində “Aqualink” MMC-nin təşkilatçılığı, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  “Azərsu” ASC və  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC  şirkətlərinin dəstəyi və təşkilatçılığı, və “AO Smith”, “Nijhuis Saur İndustries”, “ARC Tecnology” şirkətlərinin baş sponsorluğu ilə 2-ci Xəzər Su İnnovasiya Forumu keçiriləcəkdir. “Gələcək üçün su!” şüarı ilə keçiriləcək bu ilki Forumda sudan səmərəli istifadə, su ehtiyatlarının effektiv idarəedilməsi və ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, 300-dən çox yerli və xarici şirkət nümayəndələrinin, o cümlədən 60-dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislərin və aidiyyəti dövlət qurumları və şirkətlərinin iştirakı nəzərdə tutulmuşdurBu Forum regionda su ehtiyatlarının,  tullantı suların idarəedilməsində, təkrar emalında, ətraf-mühitə münasibətdə, ekoloji sistemə təsirlərin müəyyən edilməsində dünya təcrübəsini, yeni texnologiyaların nümayişi,  dövlət və özəl sektor yeniliklərini bir araya gətirən müzakirə və əməkdaşlığı təmin edəcək, eləcə də bu sahədə olan qabaqcıl və mütərəqqi texnologiyaların, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi, müvafiq sahə üzrə dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində yaradılmış müzakirə platforması olacaqdır.Tədbirdə panel formatında keçiriləcəkdir. I panel  “Su ehtiyatlarının və təsərrüfatının idarəedilməsi”, II panel “Tullantı suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri”, III panel isə “İnnovasiya və səmərəli həllər, ölçü və nəzarət texnologiyaları” mövzularına həsr ediləcəkdir. Panellərdə yerli və xarici mütəxəssislərlə yanaşı aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılacaqdır.AMCHAM üzvləri Forumda iştirak üçün www.wif.az/bilet_al linki vasitəsilə  WIF100 promo kodu ilə qeydiyyatdan keçərək ödənişsiz iştirak edə bilərlər.Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldə qaçırmayın! Bizi internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan izləyin. Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq! GƏLƏCƏK ÜÇÜN SU!