Məqsədyönlü inkişaf: Bizneslər öz marketinq strategiyaları haqqında yenidən düşünməlidirlər. Amma niyə?

İstehlakçıların 68%-i inanır ki, şirkətin davranışı onun məhsul və xidmətləri qədər vacibdir. Dünyanın ən böyük konsaltinq və audit şirkətlərindən olan EY (Ernst & Young Global Limited) bu yaxınlarda keçirdiyi sorğunun nəticəsində bu qənaətə gəlib. Artıq getdikcə daha çox aydın olur ki, şirkətlər qısamüddətli gəlirə xidmət edən taktikalardan uzaqlaşmalı, bunun yerinə məqsədyönlü inkişafa fokuslanmalıdırlar.

Görünən odur ki, “nəyin bahasına olursa-olsun böyümə” yanaşması bu gün artıq öz aktuallığını itirir. Biz ətrafımızdakı dünyaya baxmalı və istehlakçıları dinləməliyik. Nəticədə, biznesin taleyinə onlar qərar verirlər.

İndi isə gəlin inkişaf və ya böyümənin nə olduğunu müəyyənləşdirək. Şəxsən mən “məqsədyönlü inkişaf” termininə üstünlük verirəm. Bəs bu nədir? Qısa desək, bu, şirkətin elə davranmasıdır ki, hər kəs üçün dəyər yaransın. Başqa sözlə, bu, bütün maraqlı tərəflərin qazana biləcəyi bir modeldir.

İndi yazdıqlarım qeyri-müəyyən bir bəyanat kimi səslənə bilər, amma bu barədə düşünməyə çalışaq: etibar doğuran və səmimi məqsədlər və uzunmüddətli dəyər prinsipləri ilə yaradılan bir biznes modeli təsəvvür edin. Bu modeldə şirkət növbəti təqvim ilindəki dövriyyəsi haqqında deyil, 5 və hətta 10 illik bir müddətdə cəmiyyətə təsiri haqqında düşünür.

Yanaşma dəyişməsə, istehlakçılardan istifadə davam edəcək

Peşəkar və həm də adi bir insan kimi uzun zamandır ki, mənə maraqlı olan bir məsələni – həm Azərbaycanda, həm də səfərlərim zamanı digər ölkələrdə müştərilərin münasibət və davranışlarını – müşahidə edirəm. Heç kimə sirr deyil ki, marketinq mütəxəssisləri müştəri cəlb etmək və qısamüddətli gəlirlərin artmasına nail olmaq üçün sosial mediadan və ağıllı fəndlərdən istifadə edirlər.

“Bu yay üçün ən yaxşı səndəllər…!”, “Şəhərdə ən yaxşı səhər yeməyini harada yemək olar?”, “Bu detoks proqramı ilə 21 günə başqa bir sən...” – sosial media belə baxış sayı artıran başlıqlarla doludur. İstehlakçıların bunlardan xoşu gəlmir, çünki bu yazılar əksər hallarda onları yanılda bilir. Şirkətlər isə bunları sevirlər, çünki həmin üsullar işə yarayır. Bu, əlbəttə ki, insanı ən çox qıcıqlandıran məsələlərdən biridir, digər tərəfdən isə şirkətlərin müştəri cəlb etmək üçün tətbiq etdiyi zərərsiz görünən üsullardandır.

Bu taktikalardan istifadə edən şirkətlər müştəri cəlb edir və gəlirlərini artırırlar. Bu, qaydasız, qalibin hər şeyə sahib olduğu, rəqəmsal texnologiya vasitəsilə təşviq olunan və rüblük gəlir hədəflərini və səhmdarların gözləntilərini qarşılamağa yönəldilmiş modeldir. Nəticədə istehlakçılar şirkətin faydasına maksimum məlumatın əldə olunduğu və istismar olunan cansız varlıqlara çevrilirlər.

Bəs istehlakçılar əslində nə istəyirlər?

İndiyə kimi yuxarıda haqqında söz açdığım yanaşma işə yarayıb. Amma artıq mənə aydındır ki, insanlar dəyişiklik istəyirlər. Müştərilər şirkətlərdən daha çoxunu və daha yaxşısını tələb edirlər. Məsələn, artıq istehlakçıların dayanıqlı məhsul və xidmətlər ilə bağlı gözləntilərinin olması barədə getdikcə daha çox eşidirik. İstehlakçılar brendlərin şüarlarını eşitməkdən yorulublar, bunun yerinə mərkəzində insan amilinin olduğu bir müştəri təcrübəsi istəyirlər.

Bunlar yalnız mənim subyektiv fikirlərim deyil və belə düşünən tək mən deyiləm. EY tərəfindən hazırlanmış Gələcək İstehlakçı İndeksi sorğusuna əsasən, istehlakçıların 68%-i düşünür ki, şirkətin davranışı onun nə satdığı qədər önəmlidir, 69%-i isə deyir ki, brendlər etik və cəmiyyətin gözləntilərinə uyğun davranmalıdırlar. Respondentlərin yalnız 38%-i brendlərin pozitiv fəaliyyətini yetərli hesab edir.

Var olmaq uğrunda mübarizə yaxşı niyyətlərə kölgə salır

Şirkətlərin nəyin bahasına olursa-olsun böyümə istəyini də başa düşmək çətin deyil: bazarda var olmaq uğrunda ciddi bir yarış gedir. Bu baxımdan şirkətlərin biznesdə və rəqibləri arasında öz bazar payına sahib olmaq ilə bağlı qayğıları anlaşılandır.

Eyni zamanda müştəri, əməkdaş və səhmdarlar ətrafdakı dünyanın çevik dəyişikliyinə, xüsusilə də rəqəmsal texnologiyanın sürətinə əsasən gözləntilərini tez-tez dəyişə bilirlər.

Bütün bu təzyiqlərə cavab olaraq, bir çox şirkətlər öz transformasiyalarının mərkəzində ali məqsəd olduğunu deyirlər. Onlar uzunmüddətli dəyər haqqında danışır, bu isə performansın ölçülməsi üçün maliyyə nəticələrindən daha böyük bir meyar olması deməkdir. Bu yeni ölçü meyarları yaxşı idarəetmə təcrübələrini, şəffaflıq və bütün insanlarla – müştərilər və əməkdaşlarla – şəffaf və etik münasibətləri əks etdirir. Bizneslər artıq cəmiyyətin və planetimizin qayğısına qalmaları haqqında daha çox danışırlar.

Müştərilərin daha yaxşı təcrübə axtarması və öz dəyərlərinə uyğun brend seçməsi “nəyin bahasına olursa-olsun” böyümə yanaşmasını zəiflədir. Veysəloğlu Şirkətlər Qrupunda biz bu yaxınlarda müştəri münasibətindəki bu dəyişikliyi sezməyə nail olmuşuq. Marketinq peşəkarları olaraq, bu fikri təşkilatın bütün funksiyalarına çatdırmışıq. Bu məqaləni çalışdığım şirkəti təbliğ etməklə bağlı heç bir məqsədim olmadan yazmağa başladım. Amma Qrupumuz daxilində biznesin transformasiyasına xidmət edəcək əməliyyat modelinin yenidən qurulmasına yönəlmiş cəhdlər məni sevindirir, belə ki, bu, bazarda hər kəsin qazanacağı bir böyümə deməkdir.

Jalə Əzizova, Veysəloğlu Şirkətlər Qrupu

Tarix
13 İyun 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.