Azərbaycanda ilk dəfə "IronWind 70.3 by Triterra" triatlon üzrə yarış.

Azərbaycanda İlk dəfə iyul ayının 3-də Pirallahı adasında, Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində keçiriləcək “IronWind 70.3 by Triterra” triatlon yarışının qeydiyyatın başlanması barədə məlumat vermək istəyirik. IronWind 70.3 Half İronman məsafəsidir və üç mərhələdən ibarətdir: üzqüçülük – 1,9 km, velosiped yürüşü - 90 km, qaçış – 21,1 km.

Yarış fərdi və estafet şəkilində keçiriləcək. Estafet yarışında 2 və ya 3 iştirakçı çıxış edə bilər.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Triatlon Federasiyasının www.triathlon.az saytına daxil olub qeydiyyat bölümünə keçməyiniz xahiş olunur.

Bütün iştirakçılar medallar və idman çantaları ilə təltif olunacaq.

Kişilər və qadınlar arasında qaliblər və mükafatçılar pul mükafatları ilə təltif olunacaqlar:

1-ci yer – AZN 2 000.00 

2-ci yer – AZN 1 000.00

3-cü yer – AZN 500.00

İştirak haqqı fərdi iştirak üçün 90 AZN, estafet üçün - 150 AZN təşkil edir.

Qeyd etmək istərdik ki, IronWind idman dünyasında məhşur IronMan yarışının prototipidir.

Tarix
3 İyul 2022
Uyğun xəbərlər
5 Aprel 2022

First “Vertical run race” in Azerbaijan, Baku

Triterra Baku Triathlon Club “Triterra Baku Triathlon Club ” was established in 2017. The purpose of establishing the club is to develop amateur sports in Azerbaijan, promote a healthy lifestyle and train to “IronMan”, triathlon competitions. Triterra Baku Triathlon Club has a highly qualified and professional coaching staff, which contributes to the training of amateur athletes in different age groups and the worthy representation of our country in international competitions.Vertical Run RaceVertical run race involves running in tall buildings. Races are usually held on the inner steps of skyscrapers, but the term can cover any high-altitude running race. These competitions are often held in the world's tallest skyscrapers including Taipei 101 (Taipei), Menara Tower (Kuala Lumpur), Willins Tower (Chicago), CN Tower (Toronto), Eiffel Tower (Paris), Eureka Tower (Melbourne), Swissotel (Singapore), Tower 42 (London), the Empire State Building (New York).SkyWinDDate: 17 April 2022Time: 09:00Place: The highest business center in Baku – Chinar PlazaStairs : 660The number of participants : 25-30 personElectrical timekeeping by Race ResultFinal results reportMemorable medals 

4 İyun 2023

"IronWinD 70.3 by Triterra" triatlon idman növü üzrə yarış

Hörmətli triatlon həvəskarları!Məmnuniyyətlə bildiririk ki, Qafqazın ən uzun triatlon yarışı - klassik "yarım" "IronWind 113" - 2023 üçün onlayn qeydiyyat açıqdır.Yarış Bakıdan 40 km aralıda yerləşən Pirallahı adasında keçiriləcək.IronWind 113 bu il iyunun 4-də Nərəkənd Parkının ərazisində (Nərəkənd İstirahət Mərkəzi) keçiriləcək. "Uzun" triatlonla hələ tanış olmayanlar üçün xatırlatmaq istərdik ki, "IronWind 113" tam "dəmir" məsafənin yarısıdır və üç mərhələdən ibarətdir: üzgüçülük -1,9 km, velosiped sürmə - 90 km, qaçış - 21,1 km. Başlanğıc və tranzit zonaları parkın ərazisinin dəniz kənarında yerləşəcək. Yarışda iştirak etmək istəyənlər üçün vacib bir məqam var. Bakının güclü küləkləri ilə tanınmasına baxmayaraq, üzgüçülük mərhələmiz istənilən küləkdə durğun suyu təmin edən körfəzdə keçir.Fərdi və estafet yarışları üçün müraciətlər qəbul edirik. Mütləq kateqoriya üzrə qaliblər sponsorlarımız tərəfindən pul mükafatları və hədiyyələr alacaqlar.Təşkilatçılar olaraq, biz tərəfdaş oteldə yerləşmə, brifinq, pulsuz transfer, “Pasta party”, keyfiyyətli “merch” və  digər  cəlbedici təkliflərin qayğısına qalmışıq.Qeydiyyatdan keçmək üçün triterra.az klubun saytına daxil olaraq qeydiyyatdan keçmək olar.Fərdi yarışda iştirakın qiyməti 180 AZN (təxminən 105 ABŞ dolları ekvivalenti), estafet yarışında 285 AZN (təxminən 168 ABŞ dolları ekvivalenti) təşkil edir.Xəbərlər və əlavə məlumat üçün saytımızı və sosial media səhifələrimizi izləyin.