“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!

Marka, keyfiyyət və sərfəli qiymət bir arada olacaq.

Veysəloğlu Şirkətlər Qrupu Almaniyanın “Rossmann” markası ilə birgə layihə çərçivəsində Bakıda ilk mağazanın açılışını etdi. 2022-ci ildə “Veysəloğlu-Rossmann” MMC şirkətini yaradan Veysəloğlu Şirkətlər Qrupu “Rossmann” şirkətinin sağlamlıq və şəxsi qulluq məhsullarının xüsusi mağazalar vasitəsilə satışını nəzərdə tutur. Mağazalar “Rossmann” brendi altında fəaliyyət göstərəcək. Beləliklə, “Veysəloğlu” alman keyfiyyətini müştəriləri üçün əlçatan edəcək.

“Rossmann”ın ilk mağazası Bakının Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 162 (“İnşaatçılar” metrostansiyasının çıxışı) ünvanında yerləşir.

Açılışda Veysəloğlu Şirkətlər Qrupunun İdarə Heyətinin nümayəndəsi Vüsal Şərifov, “Rossmann” şirkətinin, Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin və Alman-Azərbaycan Ticarət Palatasının (AHK) rəsmiləri iştirak etdilər. “Rossmann” şirkətinin təmsilçisi Marek Karasch: “Biz tanınmış qrup olaraq Azərbaycanda ilk mağazamızın açılmasından çox məmnunuq. Ümid edirik ki, Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlığımız uzunmüddətli və faydalı olacaq”.

Öz növbəsində Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü Vüsal Şərifov bunları vurğuladı: “Şirkətlər Qrupumuzun missiyası ölkə iqtisadiyyatı və istehlakçılarımız üçün dəyər yaratmaqdır. Düşünürük ki, tanınmış və keyfiyyətli markanın Azərbaycana gətirilməsi və bu markaya məxsus olan alman keyfiyyətli məhsulların alıcılarımıza sərfəli qiymətə təklif olunması elə məhz bu fəlsəfəyə xidmət edir”.

Hazırda Bakıdakı mağazada 8000-nə yaxın məhsul çeşidi var, yaxın gələcəkdə həm mağaza sayı, həm də məhsul çeşidi artacaqdır. Növbəti mağaza Bakı Dövlət Universitetinin yaxınlığında əhalinin istifadəsinə veriləcək.

Hansı məhsullar satılacaq?

İlk vaxtlarda “Rossmann” mağazalarında iki növ məhsul təqdim ediləcək: 1) Məhdud sayda Nivea və Ariel kimi bazarda mövcud olan qlobal markaların məhsulları; 2) Məhz “Rossmann” mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s.

“Rossmann”ın tarixçəsi

“Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.

“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Tarix
24 İyun 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.