Təbliğat Prosesi

Özəl sektorun inkişafının təşviqi üçün, AmCham, Azərbaycan höküməti ilə sıx şəkildə əməkdaşliq edir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli biznes ictimaiyyətinin nümayəndələri kimi, biz, Azərbaycanda biznesin uğurunu görməkdə maraq göstəririk. Bu müvəffəqiyyətin əsası, biznesin inkişaf etməsinə imkan verən bir iş mühitidir. Sağlam və rəqabətli biznes mühiti, tək biznes üçün deyil, həm də bütün Azərbaycan vətəndaşları üçün iş və zənginlik yaratmaqda faydalıdır. AmCham, Azərbaycanda biznesin aparıcı bir tərəfdaşı kimi, hökumətin Azərbaycanın biznes mühitinin təkminlləşdirilməsi üçün qəbul edilən təşəbbüslərini dəstəkləyir. Bizim üzvlərimiz, Azərbaycan iqtisadiyyatının hər bir sektoruna sərmayə qoymuşlar və Azərbaycanı yüksək rəqabətli və investisiyalar və biznes üçün cəlbedici bir yerə çevirmək üçün hökuməti ünvanlanmalı olan məsələlərə dair yönəltir. AmCham-ın verdiyi töhfələrin əhəmiyyətli bir qismi “Azərbaycan Biznes İqliminin Təkmilləşdirilməsi üzrə Müşahidələr və Tövsiyələr” adlı müntəzəm “Ağ Kağız” da əks olunumuşdur. Bu nəşrdə biz, Azərbaycanın özəl sektorunun, xüsusilə də qeyri-neft və qaz sektorunun daha da inkişaf etdirilməsinə manə olan əsas amilləri müəyyən edirik.

     Komitələrimizin fəaliyyətinin əsas istiqaməti olaraq, Ağ Kağız vergi, gömrük, bank, maliyyə və sığorta, əmək, turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Son dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətləri vurğulayaraq, biz, hələ də inkişafa ehtiyacı olan sahələri vurğulayaraq, mümkün həllər təklif edirik. Ağ Kağızda biz, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə qısa bir baxış təqdim edirik və müvəffəqiyyətli bir hökumət strategiyası nəticəsində əldə olunan inkişafı vurğulayırıq. Bəzi şərhlərimiz Azərbaycan biznes mühitinin müəyyən aspektlərinə tənqid şəkilində yanaşsada, biz təkmilləşdirmə məqsədilə öz təkliflərimizi ifadə edib və köməyimizi təklif edərək, Ağ Kağızları mümkün qədər konstruktiv etməyə çalışırıq. Ağ Kağız, bir əməkdaşlıq ruhunda hazırlanmışdır və ümidvarıq ki, bizim töhfəmiz biznes mühitinin yaxşılaşdıraraq və eyni zamanda ölkənin firavanlığının yüksəldərək, Azərbaycanın inkişaf prosesinin sürətlənməsinə kömək edəcəkdir. Ağ Kağızda qaldırılan məsələlər,  Azərbaycan hökuməti ilə daim müzakirə olunur.