Komitəyə bu gün qoşulun!

AmCham, on bir sənayə sektorundan ibarətdir. Komitənin fəaliyyəti, könüllü şəkildə olaraq, Üzv Təşkilatların nümayəndələri tərəfindən həyata keçirilir. Beləliklə, AmCham üzvləri, məlumatları bölüşə, ümumi narahatlığa səbəb ola biləcək məsələləri qaldıra və mümkün olan həlləri irəli sürə bilərlər. Komitə görüşlərinin əsas diqqət nöqtəsi Azərbaycandaki cari vəziyyət və mühüm olan məsələlərdən asılıdır. Çox vaxt, komitənin qərarları biznes sektorunun ümumi problemlərini həll etməyə yönəlmiş olan yeni qəbul edilmiş qanun, tənzimləmə və düzəlişlərə daxil edilə bilər. Hər bir daimi və ya partnyor şirkətin əməkdaşi, müvafiq bir komitənin fəaliyyətində iştirak edə bilər. Bir komitə üzvü olmaqda maraq göstərirsinizsə, zəhmət olmasa bizim elektron ünvana yazmağınız xahiş olunur chamber@amchamaz.org 

Əlavə olaraq, faydalı linklərə baxa bilərsiniz

Bank, Maliyyə və Siğorta

BMS Komitəsi Azərbaycanda maliyyə xidmətləri sənayesinin bütün sahələrini — bankçılıq, maliyyə və sığorta sektorlarını — əhatə edir. Komitənin missiyası Azərbaycan maliyyə sisteminin daha dərindən anlaşılmasını təşviq etmək, şəffaflığı artırmaq və həm iqtisadi artımı, həm də sosial tərəqqini dəstəkləyən güclü və davamlı maliyyə infrastrukturunun inkişafına töhfə verməkdir.Komitə Amerika şirkətlərinə, Azərbaycan–ABŞ birgə müəssisələrinə və ölkənin ümumi maliyyə mühitinə təsir göstərən məsələlərə diqqət yetirir. Öz təşəbbüsləri vasitəsilə BMS Komitəsi özəl sektor və siyasətqoyucular arasında dialoqu təşviq edir, sərmayə və innovasiya üçün əlverişli mühitin formalaşmasına dəstək verir.AmCham-ın BMS Komitəsi həmçinin maarifləndirməni artırmaq, təcrübə mübadiləsini təşviq etmək və üzvlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə müzakirələr təşkil edir, qonaq spikerləri dəvət edir və dövlət və tənzimləyici orqanlarla əməkdaşlıq edir. Qurumun maraqlarını təmsil edən platforma kimi Komitə AmCham-ın bankçılıq, maliyyə və sığorta sahələrində fəaliyyət göstərən üzvlərinin ümumi maraqlarını müdafiə etməyə və təşviq etməyə çalışır.

Vergi və Gömrük

Vergi və gömrük komitəsi, Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitısi ilə bir dialoq saxlayaraq proaktiv şəkildə cari və yeni vergi və gömrük məsələlərini ünvanlayır, vı eyni zamanda mövcud qanunvericiliyin davamlı təfsiri və tətbiqi yolu ilə, vergi və gömrük sistemindəki dəyişiklikləri təşviq edir.Komitə, bu vəzifəsini müxtəlif yollar ilə həyata keçirir: üzv təşkilatları biznes mühitin təkminlləşdirilməsinə tərəf yönəlmiş hüquqi təşəbbüslərə cəlb edərək, çetinlik yaradan vergi və gömrük məsələlərin üzvlər arasında mübadiləsini təşviq edərək və biznes cəmiyyəti və dövlər qurumları və nazirliklər arasında bir dialoq quraraq.Powered by Froala Editor

Dayanıqlı İnkişaf və Korporativ Təsir

Korporativ Sosial Məsuliyyət (KSM), bir təşkilatın cəmiyyətə olan təsirini və məsuliyyətlərini qiymətləndirmək prosesidir. Korporativ Sosial Məsuliyyətin mühümlüyü, artıq bir çox aparıcı təşkilatlar tərəfindən tanınır. KSM və onun investisiyaların qaytarılmasında təsviri, şirkətlərin uzaqgörən siyasəti və cəmiyyətdəki yaxşı vəziyyətinin bir göstəricisi kimi özünü sübut etmişdir.Azərbaycanda sosial inkişaf sahələri və KSM barəsində fərqindəliyin artırılması;KSM-da olan AmCham üzvləri arasında əməkdaşliq və sinerjının yaradılmasıÜzvlərin əməkdaşlarının KSM layihələrində iştirakinı artirmaqTələbat üzərində əsaslandırılmış, davamlı, səmərəli, ardıcıl və təsirli social investisiyaların təşviqiDəlillərin qurulması, ictimai siyasət və təbliğat işlərinin aparılması vasitəsilə, KSM layihəsinin nəticələrinin davamlılığının artırılması.Fərdi-ictimai tərəfdaşlıqlarda ən yaxşı qlobal təcrübələrin öyrənilməsi və paylaşılmasıSosial Məsuliyyət öhdəliklərin daha da səmərəli kommunikasiyasiÜzv heyətinin icma və siyasət səviyyələrinə real təsir göstərən mənalı və səmərəli sosial layihələrinin həyata keçirilməsində və / və ya qiymətləndirilməsində qabiliyyətinin artırılması.Komitə, AmCham üzvləri üçün təsirli, davamlı, əlaqəli və görüntü yaradan bir şəkildə sosial məsuliyyəti həyata keçirmək üçün bir forum yaratmaqda fəaliyyət göstərir.AmCham KSM Komitəsinin məqsədi, bir şirkətin hərəkətlərinə görə məsuliyyəti gəbul etməsini və ətraf mühitə, istehlakçılara, əməkdaşlara, icmalara, maraqlanan tərəflərə və ictimai sahənin bütün digər üzvlərinə öz fəaliyyətləri ilə müsbət təsir göstərməsini təşviq etməkdir.Komitənin fəaliyyətinin əsas istiqamətləri: informasiya mübadiləsi – ictimaiyyətin məlumatlandırılmasının və bizneslər arasında olan işgüzar əlaqələrin yaxşılaşdırılması, ən yaxşı təcrübə paylaşımı – əsas tərəfdaşlar (dövlət qurumları, biznes) arasında KSM siyasətini və tədbiqləri təkmilləşdirmək, siyasəti dialoqun / Ağ Kağızların / ümumi layihələrin həyata keçirilməsi.KSM Komitəsi, aşağıdakı prioritet sahələr üzrə nəticələr əldə etmək naminə enerjisini və ən yüksək biliklərini cəmləşdirir:KSM-ilə daha ətraflı tanış olmaq üçün, aşağıdaki ünvanı təqib edinhttps://system.amcham.az/uploads/publication/642e92efb79421734881b53e1e1b18b6.pdf?v=1579243263Powered by Froala Editor

İnsan Resursları və Əmək

İnsan Resurları Komitəsinin görüşləri, Azərbaycanda insan resurlarının inkişafı və idarə olunması sahəsində olan məlumat və fikirlərin mübadilısinə dair yönətilmişdir. Çox vaxt, komitə üzvlərinin praktiki təcrübələri təqdimat və danışıqların əsasını daşıyir. Komitə fəaliyyətinin yeni bir aspekti, qanunvericiliyə, o cümlədən də yenidən işlənmiş Əmək Məcəlləsinə, şərh hazırlamaqdır. Komitə, AmCham üzvlərinə insan resurları idarəedilməsi sahəsində olan ən yaxşı təcrübə və vəsaitlərinin bolüşümünə imkan yaradır.Əsas diqqət mərkəzində, AmCham və iştirak edən Komitə üzvlərinin mühüm məlumat ilə təchiz olunmasıdır, aşağıdakiların vasitəsilə:Milli Əməkdaşın Əmək Haqqı barəsində İllik SorğuRüblük İnflyasiya SorğusuHazırkı Azərbaycan əmək qanunvericiliyinə dair qaynaqlarİR İdarəedilməsi sahəsində Təlim Sessiyaları (könüllü olaraq komitə üzvləri tərəfindən çatdırılır)Ən Yaxşı Təcrübələr sahəsində təqdimatlar (komitə üzvləri tərəfindən)İnsan resurları idarəolunması sahəsində olan təcrübələrin yerli təhsil müassələri ilə bölüşməsiMilli Əməkdaşın Əmək Haqqı barəsində İllik Sorğu, axırınci rüblüyün luncheonunda təqdim olunur.

İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat

İnnovasiya və Rəqəmsal İqtisadiyyat (IDE) Komitəsi innovasiya mədəniyyətinin formalaşdırılmasına və AmCham üzvlərinin Azərbaycanın inkişaf edən innovasiya və rəqəmsal ekosistemində fəal iştirakına dəstək göstərməyə həsr olunub. Rəqəmsal transformasiyanın önündə dayanaraq, Komitə üzvlərinə biznes məqsədlərinə nail olmaqda kömək etməyi və Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.Komitə əsas rəqəmsal hökumət qurumları və özəl sektor nümayəndələri arasında əməkdaşlıq və sinerji yaratmağa çalışır ki, bu da innovasiyaların AmCham üzvlərinə və bütövlükdə biznes mühitinə maksimum fayda gətirməsinə imkan yaratsın.Sənayelərarası platforma kimi IDE Komitəsi ideyaların, biliklərin və imkanların mübadiləsini təşviq edir, üzvlərin biznes inkişafı ilə bağlı ortaq çətinlikləri müəyyən etməsinə və aradan qaldırmasına, bazarı daha dərindən anlamağa, həmçinin Azərbaycan hökuməti və tənzimləyici qurumlarla əlaqələri möhkəmləndirməsinə dəstək olur.Bundan əlavə, Komitə üzvlərin sürətlə dəyişən rəqəmsal mühitdə öncüllüyünü qorumaq məqsədilə praktik seminarlar, təcrübə araşdırmaları və fikir liderlərinin çıxışlarını təşkil edir.

Səyahət, Mehmandarlıq və Turizm

AmCham-ın səyahət, qonaqpərvərlik və turizm komitəsi, Azərbaycandaki turizmin hal-hazırki vəziyyətini və ölkəni bir turist təyinatı kimi daha da təkmilləşdirmək kimi mısələləri müzakirı etmık üçün hər ay mütəşəkkil görüşlər keçirir. Azərbaycandaki çox fəal olan neft sənayəsinin nəticəsi olan normadan daha da böyük ekspatriat cımiyyıti, ölkəyə əzamiyyətçilərin qısa-müddətli axinı və infrastrukturdaki investisiyaların artmasını nəzərə alaraq, Azərbaycanın turizm sənayəsı çox ümid verən görünür. Biznes səyyahlar, həm paytaxt, həm də regionlarda yüksək keyfiyyətli hava yolları, otel, restoran və xidmıtlər tələb edirlər. Lakin, uzun bir müddət əhatəsində, Azərbaycan, xeyli sayda turist cəlb etmək potensialına malikdir. Ölkə, maraqlı mənzərə, insanlar, tarixi zəngin dini müxtəliflik, maraqlı şəhərlər, qeyri-adi yeməklər, ekzotik qoxular, aldıqları xatirələri özləri ilə evə gətirmək imkanları və en əsası, ölkədə təhlükəsiszlik turistlər üçün yaxşı xatirələr yaradacaq maddələr ilə zəngindir. Bu cür amillərə malik olmaq, Azərbaycana turizm sənayəsini yenidən və daha da geniş şəkildə inkişaf etməkdə köməklik olacaqdırlar.Bütün bunları nəzərə alaraq, biz, Amerika Ticarət Palatasının üzvləri olan otel, səyahət agentıiyi və hava yolları və ölkədə Turizm, Səyahət və Qonaqpərvərlik sahəsinin təkmilləşdirilməsindı maraq göstərən hər hansı bir üzv təşkilatları komitəyə qoşulmaqa dəvət edir.

Hüquq & Komplayns

Hüquq və Uyğunluq Komitəsi 2017-ci ildə AmCham üzv şirkətlərinin Azərbaycanda fəaliyyət göstərərkən üzləşdiyi hüquqi və tənzimləyici məsələlərin həllinə dəstək məqsədilə işçi qrup kimi yaradılıb. Onun artan rolu və əhəmiyyətini nəzərə alaraq, 2018-ci ildə tam komitə statusu alıb.Komitə Azərbaycanın investisiya mühitinə təsir göstərən qanunvericilik və uyğunluq məsələlərinin təhlilinə fokuslanır. Komitənin əsas fəaliyyət istiqamətlərindən biri AmCham-ın Ağ Kitabına (White Paper) töhfə vermək, hüquqi islahatlar və biznes tənzimləmələri üzrə ekspert rəyləri və praktik tövsiyələr təqdim etməkdir.Hüquqşünaslar, iqtisadçılar və biznes liderlərini bir araya gətirən Komitə ölkədə investisiya cəlbediciliyinə və biznes fəaliyyətinə təsir edən məsələlərin konstruktiv müzakirəsi üçün platforma rolunu oynayır. Eyni zamanda Komitə AmCham İdarə Heyətinə tənzimləyici orqanlar, qanunvericilər və dövlət qurumları ilə əməkdaşlıq istiqamətində strateji tövsiyələr təqdim edir.

Təchizat zənciri

Təchizat Zənciri Komitəsinin məqsədi müxtəlif sahələrdən olan peşəkarlar arasında əməkdaşlıq, bilik mübadiləsi və dialoqu təşviq etməklə təchizat zəncirinin idarə olunmasında mükəmməlliyi və innovasiyaları irəli çəkməkdir. Komitə ən yaxşı təcrübələrin mübadiləsi, mövcud çətinliklərin müzakirəsi və həm özəl, həm də dövlət sektorlarının fəaliyyətini gücləndirəcək praktik tövsiyələrin hazırlanması üçün bir platforma rolunu oynayır.Məqsədlər:Təchizat zəncirinə dair əsas məsələlər, meyillər və innovasiyalar barədə dərin müzakirələrin aparılmasını təmin etmək.Üzvlər arasında əməkdaşlığı təşviq etməklə əməliyyat səmərəliliyini və dayanıqlılığı artırmaq.Təchizat zəncirinin proseslərinin və şəffaflığının təkmilləşdirilməsi üçün ekspert rəyləri və siyasət tövsiyələri təqdim etmək.Təchizat zəncirində davamlı və texnologiyaya əsaslanan həllərin tətbiqini təşviq etmək.

FMCG - Gündəlik Tələbat Malları

FMCG (Gündəlik Tələbat Malları) Komitəsinin missiyası kommersiya və şirkət hüququ sahələrində qanunvericiliyin və hüquqi təcrübənin təkmilləşdirilməsinə töhfə vermək, həmçinin mal və xidmətlərin marketinqində ən yaxşı təcrübə standartlarını təşviq etməkdir. Məhsulun təhlükəsizliyi, istehlakçıların hüquqlarının müdafiəsi, reklam və s. məsələlər böyük ictimai narahatlıq doğurur, lakin hələ də hüquqi yoxlamaya məruz qalmayan boz ərazilərdə çoxdur.FMCG Komitəsi daim həll edilməli olan aşağıdakı suallar üzərində işləyir:• Satışa çıxarılacaq məhsul üçün qanuni tələblər hansılardır?• Məhsulu qanuni şəkildə necə satmaq olar?• Məhsulun marketinqi zamanı istehlakçılar və rəqiblərlə təmasda qanuna necə riayət etmək lazımdır?

Marketinq, Kommunikasiya və Biznes İnkişafı

Marketinq, Kommunikasiya və Biznesin İnkişafı (MCBD) Komitəsi Azərbaycanda marketinq, kommunikasiya və biznesin inkişafı sahələrində strateji transformasiyanı təşviq etməyə fokuslanır. Komitənin strategiyası tələbata əsaslanan yanaşmaya əsaslanır, ortaya çıxan mega-trendlərlə uyğunlaşdırılıb və marketoloqlar və onların əsas maraqlı tərəfləri üçün uyğun və dəyərli təkliflər təqdim etməyə yönəldilib.Azərbaycanın aparıcı biznes assosiasiyası olaraq, AmCham üzvlərinin dinamik bazarlarda, dəyişən istehlakçı davranışında və yeni yaranan biznes modellərində uğurla fəaliyyət göstərmələrini dəstəkləməyin vacibliyini tanıyır. MCBD Komitəsi peşəkarların bilik və təcrübələrini, ən yaxşı praktikaları və innovativ yanaşmaları paylaşmaları üçün platforma rolunu oynayır, bu da brend mövqeləndirməsini, maraqlı tərəflərlə əlaqələri və bazar rəqabət qabiliyyətini gücləndirir.

Tikinti İşçi Qrupu

Tikinti İşçi Qrupu Azərbaycanda daşınmaz əmlak və tikinti sektorunun inkişafına həsr olunub. Qrupun missiyası sənaye iştirakçıları qarşısında duran əsas çağırışları və problemləri həll etmək, ən yaxşı təcrübələri təşviq etmək və sektorda davamlı və innovativ yanaşmaların tətbiqinə dəstək verməkdir.İşçi Qrup, əməkdaşlıq və bilik mübadiləsi platforması kimi fəaliyyət göstərir, burada inkişaf etdiricilər, podratçılar, investorlər, tənzimləyicilər və digər sənaye peşəkarları gələn tendensiyalar, tənzimləmə yenilikləri və əməliyyat çətinlikləri barədə müzakirələr aparırlar. Dialoq və əməkdaşlıq vasitəsilə Qrup layihələr və təşkilatlar üzrə səmərəlilik, xərclərin optimallaşdırılması və risklərin idarə olunması imkanlarını müəyyən etməyə kömək edir.Qrupun əsas diqqət mərkəzlərindən biri tikintidə davamlılığın təşviqidir, bu da ekoloji cəhətdən təmiz materialların istifadəsi, enerji səmərəliliyi və “yaşıl bina” standartlarını əhatə edir. Bundan əlavə, Qrup sənayedə innovativ texnologiyaların tətbiqini təşviq edir, məsələn, rəqəmsal tikinti alətləri, ağıllı bina həlləri və müasir layihə idarəetmə texnikaları ilə sənayenin inkişafını dəstəkləyir.

Risklərin İdarəolunması

The Risk Management Committee will focus on the following objectives:Promotion of best risk management practicesStrategic risk oversight assistanceEnsuring business continuity and resilienceCollaboration with government and industry to address systemic risks

Təhsil və Peşə İşçi Qrupu

İşçi Qrupu təhsilin bazar tələblərinə uyğunlaşdırılması üçün strateji platforma rolunu oynayır və bizneslərin rəqabət qabiliyyətini artıran, uzunmüddətli iqtisadi artımı təşviq edən bacarıqların inkişafı təşəbbüslərinin formalaşdırılmasına kömək edir.EV İşçi Qrupu (EVWG) aşağıdakı əsas məqsədlərə diqqət yetirir:Biznes, təhsil və siyasət iştirakçıları arasında daha güclü əlaqələrin qurulmasını təmin etmək üçün işçi qüvvəsi, bilik və əməkdaşlıq boşluqlarını müəyyənləşdirmək və aradan qaldırmaq;Bazar yönümlü təlim proqramlarının hazırlanması və sənayenin tələblərinə cavab verən ixtisaslı işçi qüvvəsinin hazırlanması məqsədilə yerli və beynəlxalq səviyyədə biznes və təhsil müəssisələri arasında tərəfdaşlıqları təşviq etmək;Azərbaycanda beynəlxalq səviyyədə tanınan təhsil standartlarının və peşəkar sertifikatların tətbiqi və lokallaşdırılmasını təmin etmək;Sənaye rəhbərliyində həyata keçirilən təlim, mentorluq və təcrübə proqramları vasitəsilə gələcək peşəkarlar üçün inkişaf marşrutları yaratmaq;Təhsil və təlim ekosistemində innovasiya və investisiya imkanlarını araşdırmaq, o cümlədən yeni öyrənmə texnologiyalarının, bacarıqartırma həllərinin və dayanıqlı inkişafı təşviq edən dövlət–özəl tərəfdaşlıqların inkişafına dəstək vermək.